YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir

“Müharibə şəraitində yaşayan respublikamızın dövlət büdcəsində orduya, hərbi sahəyə ayrılan vəsait getdikcə artırılır. Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması isə ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına şərait yaradıb”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda vətən torpaqlarının müdafiəsində iştirak edən hərbi qulluqçulara, həmçinin şəhid ailələrinə cəmiyyətdə böyük hörmət bəslənilir. Eyni zamanda, dövlətin müvafiq kateqoriyadan olan insanlara və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır. Onun sözlərinə görə, Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir.

“Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb.  Respublikamızda müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinə yönələn tədbirlər barədə söhbət açarkən müvafiq kateqoriyadan olan insanların və ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılmasını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Qeyd edim ki, son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. 2018-ci il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Bu istiqamətdə işlərin davamı kimi cari ilin sonuna qədər müvafiq kateqoriyadan olan insanlara və ailələrə daha 550-dək mənzilin təqdim olunması, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulub”-deyə, M.Quliyev vurğulayıb.