YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrdə KİV nümayəndələri ilə işin təşkili haqqında təlimat hazırlanaraq qoşunlara göndərilib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamının yerinə yetirilməsi məqsədilə müdafiə nazirinin əmrinə əsasən, artıq bəzi tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Belə ki, müdafiə nazirinin müvafiq qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlanaraq qoşunlara göndərilib.

AzərTAc xəbər verir ki, bu barədə müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyevin “Azərbaycan Ordusu” qəzetində yayımlanmış məqaləsində bildirilir.

Yazıda qeyd edilir ki, təlimatda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb.

Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir.

Yazıda vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə görüləcək tədbirlər bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına imkan yaradacaq.

 

DİGƏR Xəbərlər Arxiv