Xəbərlər
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur.
Bu barədə Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.
Baş nazir qeyd edib ki, həmçinin Slovakiya ilə Azərbaycan arasında birgə Hökumətlərarası Komissiyanın yaradılması planlaşdırılır. Peter Pelleqrini Slovakiya sahibkarlarının Azərbaycanın energetika, maşınqayırma, İKT, kimya sahələrində əməkdaşlıqda maraqlı olduqlarını deyib.