Xəbərlər
Prezident İlham Əliyev Hüseyn Nəcəfovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzaladı.
Prezidentin digər Sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.