Xəbərlər
Azər Badamov: İşğalçılıq siyasəti səbəbindən Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir
“İşğalçılıq siyasəti səbəbindən Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, Azərbaycan torpaqlarının işğal edilməsi Ermənistana heç bir divident gətirməyib. Əksinə, işğalçı ölkənin bütün regional layihələrdən kənarda qalması onun üçün ciddi fəsadlar yaradır.
“Ermənistan anlamalıdır ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməli, Azərbaycan torpaqlarını azad etməlidir. Erməni cəmiyyəti də bilir ki, işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq ermənilər başa düşürlər ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın reallıqlara uyğun siyasət aparmır. Vəziyyətdən çıxış yolu yalnız işğalçılıq siyasətinə son qoymaqdır. Əks halda, Ermənistan regionda mövcud olan bütün qlobal layihələrdən təcrid olunmaqda davam edəcək”-deyə, deputat qeyd edib.