YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bazası var

"Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bazası var. Vəkillərin seçilməsi ilə bağlı vahid forma mövcuddur. Lakin nümayəndəliklər ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb”. Bu fikirləri YAP İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov  bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı qanunlar  sadələşdirilmə aparılmalıdır. Onun sözlərinə görə, vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır.Onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər.

S.Novruzov vəkillərin Milli Məclisdə qanunlara edilən dəyişikliklər haqqında məlumatlandırılmasının vacibliyini qeyd edib: “Keçmişdə bununla bağlı institutlar var idisə, hazırda belə instutlar yoxdur. Milli Məclisin demək olar ki, hər iclasında İnzibati Xətalar, Mülki, Əmək Məcəllələrinə dəyişikliklər edilir. Lakin nədənsə fəaliyyət göstərən vəkillər bir çox hallarda bunlardan xəbərsiz olurlar. Vəkillərin dəyişikliklərdən xəbərdar olması üçün onlara təlim,lər, kurslar keçirilməlidir. Baxırsan ki, çoxları prosedur qaydasını bilir, lakin dəyişiklikdən xəbərləri yoxdur. Biz vəkillərin dəyişikliklərlə bağlı maariflənməsinə diqqət göstərməliyik”.

Millət vəkili çıxışı zamanı vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqtiv hallara görə səlahiyyətlərinə xitam verilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının  sonradan  vəkil kimi fəaliyyətinə etirazını bildirib: “Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalara uyğun deyil. Düzdür, onlar imtahanla qəbul olunur. Lakin fəaliyyətində nöqsana görə işindən məhrum olunanlar vəkillik fəaliyyəti ilə məşğul olmamalıdırlar. Eyni zamanda, insan hüquqlarını  pozan bəzi şəxslər sonradan  “hüquq müafiəçiləri” olurlar. Həmin şəxslərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilməməli və heç bir maliyyə yardımı edilməməlidir. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərməklə məşğuldurlar”.