YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanlıların Ermənistandan son deportasiyasının 30 illiyi ilə bağlı Milli Məclisdə dinləmələr keçirilsin

“Prezident İlham Əliyevin Sərəncamı ilə  2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili  elan olunub və bu il çərçivəsində respublikamızda böyük tədbirlər keçirilib. Silahlı Qivvələrimizin yaradılmasının və  Bakının ermənidaşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə hərbi paradlar, eləcə də Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli tədbir keçirildi”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

M.Quliyev bildirib ki, bu il eyni zamanda yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan Ermənistan Respublikasından azərbaycanlıların son deportasiyasından 30 il ötür. Onun fikrincə, bu məsələ ilə bağlı parlamentdə dinləmələr keçirilməlidir.

“30 il bundan öncə 261 yaşayış məntəqəsindən 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə törədilən vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər. 30 ildir ki, həmin torpaqlarda azan səsi gəlmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsin iştirakı ilə bu haqda dinləmə keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Biz bu deportasiyanı  pisləyən bəyanat qəbul etməliyik”-deyə, M.Quliyev vurğulayıb.