Xəbərlər
Milli Məclisdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul olunub. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı sənəd haqqında məlumat verib. Bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Parlamentin iclasında bir sıra qanunlara da dəyişikliklər edilib.