YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir

“Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Xatırlayırsınızsa, 1993-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Torpaqlarımızın 20 faizi işğal olundu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq torpaqlarımızın qalan hissəsini işğal olunmaqdan qorudu, müstəqlilliyimizi məhv olmaqdan, ölkəmizi parçalanmaqdan xilas etdi. Məhz o dövrdən etibarən Azərbaycanda yüksəliş başlandı. Ümumilli liderimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və bu gün məhz Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz iqtisadi, sosial, humanitar, mədəni, idman və digər sahələrin inkişafı baxımından dünyada ön sıralardadır.

“Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini dünyada geniş təbliğ edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq miqyasda nüfuzunu artıran amillərdir. Bu mənada, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbii qanunauyğunluqdur. Bu tədbirlər vasitəsilə Qarabağ həqiqətləri əyani şəkildə xarici qonaqlara çatıdırılır və onlarda real təsəvvür formalaşır. Bütün bunlar isə münaqişənin həllində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda daha da dəstəklənməsini şərtləndirir”-deyə, B.Səfərov vurğulayıb.