YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Texnologiyaların kommersiyalaşdırılması innovasiyaların inkişafı üçün vacibdir

Texnologiyaların kommersiyalaşdırılması innovasiyaların inkişafı üçün prioritetdir.

Bunu “İnnovasiyalar həftəsi” çərçivəsində “İnnovasiyaların inkişafında əqli mülkiyyətin müdafiəsi məsələləri” adlı seminarda çıxışı zamanı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, elmi tədqiqatların nəticələrindən gəlirlərin formalaşması, əqli mülkiyyətin istifadəsindən gələn müəllif qonorarları, eləcə də tədqiqat müqavilələrinin imzalanması kimi məsələlər birbaşa əqli mülkiyyətə şamil olunur:

“Dünya təcrübəsində kommersiyalaşmanın sürətlənməsi və innovasiyaların inkişafının təmin olunması bir sıra vacib məsələlərin həllini tələb edir. İlk növbədə startapların həvəsləndirilməsinə və innovasiyaların kiçik və orta biznes müəssisələri tərəfindən istifadəsinə imkan yaradılmasına diqqət ayırmaq lazımdır. Digər məqam ali tədris müəsissələrinin dövlət və özəl şirkətlərlərlə əməkdaşlığının sürətləndirilməsi ilə bağlıdır ki, bu məsələ bugünədək aktual olaraq qalır”.