Xəbərlər
Elman Rüstəmov: Doqquz ayda qeyri-neft sektorunda 1.1 faizlik artım olub
Bu ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0,8 faiz təşkil edib, o cümlədən qeyri-neft sektorunda 1.1 faizlik artım olub.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, iqtisadi artım qeyri-neft sənayesində 10.7 faiz, kənd təsərrüfatında isə 4.3 faiz təşkil edib. İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.