Xəbərlər
Prezident İlham Əliyev bir qrup dəmiryolçunu ali dövlət mükafatları və fəxri adlarla təltif edib
2005-ci ildən etibarən hər il oktyabrın 13-ü Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlətimizin başçısının bu münasibətlə oktyabrın 13-də imzaladığı sərəncamlara əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə 2 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb, 1 nəfər “Şöhrət” ordeni, 9 nəfər “Tərəqqi” medalı, 2 nəfər isə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.