YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq

Oktyabrın 21-22-də Bakıda MDB ölkələri Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov məlumat verib. O bildirib ki, iclas çərçivəsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması ilə bağlı məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Dəhlizin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi üzrə Azərbaycan-İran-Rusiya üçtərəfli konsorsiumu yaradılıb. Bu yolun çəkilişi ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə böyük tranzit potensialı yaranacaq, Rusiyadan Azərbaycan vasitəsilə İrana və əks istiqamətə yükdaşımaları mümkün olacaq.

 

DİGƏR Xəbərlər Arxiv