YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib

VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın nüfuzlu mətbu orqanlarında nəşr edilən çoxsaylı məqalələrin müəllifi jurnalist Raul Kontreras Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan Amerikanın ən çox izlənilən kanallarından olan “One America News Network” üçün müsahibə alıb.

Dövlət Komitəsinin sədri kanala müsahibəsində müstəqil Azərbaycan dövləti tərəfindən ölkə daxilində və beynəlxalq miqyasda tolerantlıqla bağlı həyata keçirilən siyasət, dinlər, mədəniyyətlər arasında əməkdaşlığın qurulması istiqamətində görülən işlər, eyni zamanda, Ermənistanın Azərbaycana təcavüzü, işğal altında olan mədəniyyət və dini abidələrin işğalçılar tərəfindən dağıdılması haqqında həqiqətlər barədə danışıb.

Mübariz Qurbanlı bildirib ki, ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti ümummilli lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Etnik və dini zəmində münaqişələrin baş verdiyi, dini və irqi ayrı-seçkilikdən milyonlarla insanın əziyyət çəkdiyi bir dövrdə Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib.

Prezident İlham Əliyevin Azərbaycanda tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, ölkəmizdə İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.

Sonda jurnalistə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, Azərbaycandakı dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

 

DİGƏR Xəbərlər Arxiv