YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Le Honq An: Azərbaycan sürətlə inkişaf edir

«Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin nümayəndə heyəti Azərbaycana səfərindən böyük məmnunluq hissi duyur. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan sürətlə inkişaf edir». Bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü,  Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq An deyib.

Ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandıqlarını bildirən qonaq qeyd edib: «Biz Heydər Əliyev Beynəlxalq Hava limanına çatdığımız andan etibarən Azərbaycan, xüsusilə də Yeni Azərbaycan Partiyası tərəfindən qonaqpərvərlik və isti münasibət hiss etdik. Düşünürəm ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıq və dostluq əlaqələrinin inkişafına təkan verəcək. Hesab edirəm ki, Azərbaycana səfərimiz zamanı bizə göstərilən qonaqpərvərlik və isti münasibət səfərimizin uğurlu olacağını göstərir. İnanırıq ki, gələcəkdə də Vyetnamla Azərbaycan arasında iqtisadiyyat, humanitar, təhsil və digər sahələrdə olan əməkdaşlıq uğurla davam edəcək».

Vyetnamın paytaxı Hanoy şəhərində YAP-la VKP arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladan Le Honq An partiyalar arasında əlaqələrin inkişafına maraqlı olduqlarını vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv