Partiya xəbərləri
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yıgıncağı keçirilib
Bu gün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yıgıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin 2012-2013-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.
Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hesabat məruzəsini təqdim edib. Təşkilatda 78 üzvün birləşdiyini deyən H.Paşayev iki il ərzində Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri, YAP-ın işlər idarəsinin müdiri Mahir Abbasəliyev Təftiş Komissiyanın hesabatını təqdim edib.
Sonra hər iki hesabat müzakirə olunub. YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bildirib və bu fəaliyyəti qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.
Müzakirələrdən sonra yığıncaq iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Hüseyn Paşayev yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
YAP-ın İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri seçilib.