Xəbərlər
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması artıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,2 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, daşınmanın 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus təyyarələrlə həyata keçirilib.
Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 75,5 min tona çatıb.