Xəbərlər
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humed Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mohamed Ali Humedi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.