Partiya xəbərləri
YAP Gənclər Birliyi ilə Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 15-də YAP Gənclər Birliyinin sədri Seymur Orucov Bakıda səfərdə olan Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurasının nümayəndələri ilə görüşüb.
Görüşdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan Tacikistan və Qırğızıstanla dost ölkədir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi hər iki ölkənin gəncləri ilə əlaqlərin inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq döğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda YAP Gənclər Birliyi ilə Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflərin uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edir.