Xəbərlər
Rauf Zeyni: QHT-lər ictimai önəm kəsb edən proseslərdə fəal iştirak edirlər
«Gənc nəslin ənənəvi dini və milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən mühüm layihələr həyata keçirilir». Bu fikri Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
R.Zeyni bildirib ki, müvafiq qurumlar tərəfindən bu cür layihələrin reallaşmasına zəruri dəstək verilir. Onun sözlərinə görə, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahədə qarşıda duran vəzifələrin icrası istiqamətində davamlı tədbirlər həyata keçirilməlidir.
«Bunlardan biri də xüsusilə dini radikalizmin qarşısının alınmasında ən mühüm addımlardan biri maarifləndirmə işidir. Gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl olaraq tədbirlər görülməlidir. Sevindirici haldır ki, QHT-lər bu prosesdə fəal iştirak edirlər»-deyə, R.Zeyni qeyd edib.