YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir

«Azərbaycan davamlı şəkildə yeniləşərək və müasirləşərək islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, son illər əldə olunan uğurlar inkişaf siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər Azərbaycanın sabahının parlaq olacağına, vətəndaşların hər zaman yüksək rifah və xoşbəxtlik şəraitində yaşayacağına, ölkəmizin yeni zirvələr fəth edəcəyinə əminlik yaradır. 
«Bu gün Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir»-deyə, deputat qeyd edib.