Xəbərlər
Ziyad Səmədzadə: Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir
«Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, bu sahəyə investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, hazırda sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat və s. sahələrdə ciddi inkişaf müşahidə olunur.
«Ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradılıb. Bu prosesdə yerli sahibkarlar fəal iştirak edir. Məlumdur ki, Kiçik və Otra Biznesin İnkişafı Agentliyi yaradılıb və bu qurum prosesə öz töhfəsini verir. Ümumilikdə, sahibkarlarımız ölkəmizin iqtisadi inkişafında çox fəal iştirak edirlər»-deyə, komitə sədri vurğulayıb.