Xəbərlər
Bakıda energetika sahəsindəki mövcud standartların tətbiqi və təşviqi üzrə forum keçiriləcək
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə bu il noyabrın 13-14-də Bakıda enerji forumu keçiriləcək.
Komitədən verilən məlumata görə, forum sistemli idarəetmə əsasında şirkətin davamlı inkişafına, neft-qaz sahəsində fəaliyyət göstərən təşkilatlarda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqinə, inteqrasiyası və işləmə təcrübəsinə həsr ediləcək. Tədbirin əsas iştirakçıları Azərbaycanın, Rusiyanın və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələri olacaq.
Forum çərçivəsində “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi”, “İşçi münasibətlər birjası” mövzularında sessiyalar və “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulur.