Xəbərlər
Azərbaycan ilə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Sentyabrın 6-da Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQT) yeni seçilmiş baş direktoru Fernando Arias ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev arasında görüş keçirilib.
Azərbaycanın Niderlanddakı səfirliyindən bildiriblər ki, görüşdə F.Arias ötən il KSQT-nin baş direktoru seçkiləri zamanı ölkəmizin ona dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Söhbət zamanı kimyəvi silahların ləğvi ilə bağlı KSQT-nin hazırkı və gələcək fəaliyyəti, Azərbaycanın təşkilatın İcraiyyə Şurasındakı üzvlüyü və 2019-cu ilin ikinci yarısından başlayaraq, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi, KSQT-nin yeni yaradılacaq laboratoriyası, Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.