YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib:

"Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik".

Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir: "Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır".

O qeyd edib ki, Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri müzakirə edib.

Yaponiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu deyən nazir əlavə edib ki, Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.

 

DİGƏR Xəbərlər Arxiv