YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycana dünya dövlətləri tərəfindən böyük maraq göstərilir

«Ölkəmizdə Beynəlxalq Humanitar Forumun keçirilməsi artıq ənənənə halını alıb. Hər il Foruma 500-ə yaxın qonaq qatılır. Bu qonaqların statistikasına baxsaq görərik ki, onlar elmi dərəcəsi olan professorlar, Nobel mükafatçılarıdırlar». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki,  BMT-nin, İSESKO-nun, YUNESKO-nun ən mötəbər şəxsləri bu foruma qatılıblar. Onun sözlərinə görə, bütün bunlar deməyə əsas verir ki, Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan stabil bir dövlət kimi tanınır.

«Azərbaycanda dövlət tərəfindən bu cür tədbirlərin keçirilməsinə dəstək göstərilir. Biz bütün dünyaya humanitar çağırışlar edən böyük bir tədbirə ev sahibliyi edirik. Bunun da ən əsas səbəbi Ulu öndər Heydər Əliyevin Azərbaycanı tolerant, sülhsevər, yardımsevər bir dövlət kimi dünyaya təqdim etməsidir. Ona görə də, Azərbaycana dünya dövlətləri tərəfindən böyük maraq göstərilir. Hal-hazırda da Prezident İlham Əliyev əsası Ulu öndər tərəfindən qoyulan siyasəti uğurla davam etdirir»- deyə, S.Orucov vurğulayıb.