YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Yeni sənaye müəssisələrinin, texnoparkların yaradılması qeyri-neft sektorunun inkişafında mühüm amildir

«Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yolundadır». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri  Ziyad  Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu ilin ötən dövrü ərzində ölkədə makroiqtisadi sabitliblik qorunub saxlanılıb. Onun sözlərinə görə, neft gəlirlərinin digər sahələrə yönəldilməsi iqtisadiyyatın diversifikasiyasında vacib rol oynayır.

«Eyni zamanda, bu amil qeyri-neft sektorunun inkişafına da əhəmiyyətli təsir göstərir. Son illər bu sektorda müşahidə olunan artım bunu deməyə tam əsas verir. Yeni sənaye müəssisələrinin, texnoparkların  yaradılması qeyri-neft sektorunun inkişafında mühüm amildir»- deyə, komitə sədri vurğulayıb.