YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: İşğal olunmuş torpaqlarımıza dair məsələnin AŞPA-nın gündəliyinə daxil edilməsi ölkəmizin böyük uğurudur

«AŞPA-nın payız sessiyasında Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabatın gündəliyə daxil edilməsi və məruzəçinin təyin olunması ciddi hadisədir». Bu fikri Milli Məclisin deputatı,  politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bu hadisə  Azərbaycanın və ölkəmizin təşkilatdakı nümayəndə heyətinin böyük uğurudur. Onun sözlərinə görə, ermənilərə xidmət edən AŞPA rəhbərliyi bu məsələnin əleyhinə olsa da, məsələni gündəlikdən çıxarmağı  bacarmadı.

«Bu mənada mən həmin hadisəni çox yüksək qiymətləndirirəm. Lakin biz gözləməməliyik ki, ermənilər bu məruzədən sonra Azərbaycanın işğal altında olan torpaqlarından çıxacaqlar. Təbii ki, bu, real deyil. Amma hər bir halda bunun özü Ermənistana siyasi təzyiq və Avropa ictimaiyyətinin özünə bir mesaj idi. Bu o deməkdir ki, biz erməniləri düzgün yola gətirmək üçün bütün imkanlardan istifadə edirik»- deyə, deputat qeyd edib.