Xəbərlər
Prezident İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.