YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Latviyada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək

«Latviyada Azərbaycan Ticarət Evinin açılması dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin göstəricisidir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Latviyada Azərbaycan məhsullarına olan maraq yüksəkdir. Onun sözlərinə görə, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir.

«Latviyada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək. Azərbaycan tərəfdən Latviyaya 164 mln. dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 mln dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir. Bu əlaqələrin persektivləri genişdir»-deyə, nazir müavini vurğulayıb.