Xəbərlər
Bakıda dövlət xidmətlərinin təşkilinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək
Bakıda 11 dövlətin nümayəndələrinin itirakı ilə “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, oktyabrın 3-də Bakıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Astanada fəaliyyət göstərən Dövlət Qulluğu üzrə Regional Xabın Katibliyinin birgə təşkilatçılığı ilə “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda "dəyirmi masa" keçiriləcək.
Tədbirdə Türkiyə, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Monqolustan, Türkmənistan, Özbəkistan və Tailanddan nümayəndələrin iştirakı gözlənilir. "Dəyirmi masa"nın təşkil edilməsində məqsəd dövlət qulluğunda islahatlar sahəsində təcrübənin bölüşdürülməsi və dəyirmi masa iştirakçısı olan ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübənin öyrənilməsidir.