Xəbərlər
Azərbaycanın xarici işlər naziri AŞPA-nın payız sessiyasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Strasburq şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun sessiyada Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.