Xəbərlər
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 11 milyard 588,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, altı ayda qaz nəqlinin 31,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 654,3 milyon kubmetr təbii qaz göndərilib.