Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram.”