YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın sessiyasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına növbəti dəfə diqqət cəlb edilib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Berlində keçirilən 27-ci illik sessiyası davam edir. Ölkəmizin parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova başda olmaqla Azərbaycan qanunverici orqanının nümayəndə heyəti sessiyada iştirak edir.

Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin bugünkü iclasında kiprli məruzəçi Kiriakos Kiriaku Haciyanni tərəfindən təqdim olunmuş “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” adlı qətnamənin layihəsinə dair debatlar keçirilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri müzakirələrdə çıxış edib. O, həlli uzadılan münaqişələr məsələsinə toxunaraq öz vətəninin ərazisində doğma yurdlarından qovulmuş məcburi köçkünlərin faciəli taleyi məsələsinə diqqəti cəlb edib. O, ermənilərin və azərbaycanlıların “etnik uyuşmazlığı” barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vaxtilə söylədiyi və böyük hay-küyə səbəb olmuş biabırçı tezisi xatırladıb. Bahar Muradova nümayəndə heyətlərinin diqqətini bu fakta cəlb edib ki, vaxtilə Azərbaycanın Qarabağ regionuna köçürülmüş erməni əhali indi həmin ərazidə artıq monoetniklik şəraitində yaşamaqda davam edir, Azərbaycanın yerli əhalisi isə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz və Azərbaycan ərazisinin iyirmi faizinin işğal edilməsi nəticəsində oradan qovulub. B.Muradova deyib: “Bu, əsas insan haqlarının Yerevan tərəfindən ciddi pozulması deməkdir”.