YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı

“Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə doğru və düzgün şəkildə təqdim edilir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllini tapmalı olduğu beynəlxalq tribunalardan səsləndirilir. Elə bunun nəticəsidir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin həlli istiqamətində torpaqlarımızın tezliklə azad olunmasını əsas prinsip kimi qəbul edir. Bu günlərdə Bolqarıstanın milli özəl telekanalı - “BTV Media Group”da “Qarabağ xatirələri” adlı proqramın yayımlanması həqiqətlərimiz təbliğində növbəti müsbət addımlar sırasındadır.” Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətindən, təmas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ilə bağlı məqamlardan danışılan, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin öz əksini tapdığı veriliş tamaşaçılara Azərbaycan muğamının və “Qarabağ şikəstəsi”nin  müşayiəti ilə təqdim olunub: “Bolqarıstanlı müəlliflər verilişi hazırlayarkən baş verən hadisələri şahidlərin dilindən səsləndiriblər. Belə ki, qarabağlı məcburi köçkünlər İlqar Qasımov və Pakizə Məmmədova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı acı xatirələrini, Ermənistanın işğalçılıq, soyqırımı siyasətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Ermənistanın təcavüzkar siyasəti regionun inkişafına, beynəlxalq sülhə və təhlükəsizliyə əsas əngəldir.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, artıq bütün dünya ermənilərin vəhşi, qaniçən, terrorist olduğunu anlayır və nümayiş etdirilən faktlar vasitəsilə bir daha bunun şahidi olur: “Veriliş yayımlanandan sonra Bolqarıstan ermənilərinin müəlliflərə qarşı kəskin hücuma keçmələri, təhdidlərə başlamaları bir daha onların iç üzünü, vəhşiliyini nümayiş etdirir. Təbii ki, faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı. Hər zaman sülhə və təhlükəsizliyə maneə olan ermənilər qonşu dövlətlərin torpaqlarına göz dikiblər, öz çirkin niyyətlərini həyata keçirmək üçün terroru dövlət siyasəti səviyyəsinə qaldırıblar. Bolqar jurnalistlərə qarşı hücumlar isə bu reallığı təsdiq edir.”