Xəbərlər
Rauf Zeyni: Ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edib
«Ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edib». Bu fikri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.
R.Zeyni bildirib ki, ölkəmizdə QHT-lər haqqında qanunvericilik bazası da mükəmməldir. Onun sözlərinə görə, hazırda QHT-lər ölkənin ictimai həyatında fəal iştirak edir.
«Bu gün QHT-lər dövlətin dəstəyindən lazımi səviyyədə faydalanırlar. Onlar hökumətin maliyyə dəstəyi ilə vacib layihələr həyata keçirir. Bu layihələr milli və dövlət maraqlarına xidmət edir»-deyə, R.Zeyni qeyd edib.