YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur

«ATƏT hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, bu təşkilat münaqişənin həlli istiqamətində ciddi addımlar atmayıb. Onun sözlərinə görə, Minsk qrupu tərəfindən bu yöndə görülən işlərin heç bir nəticəsi yoxdur.

«Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu fakt bütün beynəlxalq sənədlərdə öz əksini tapır. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır. Bu işğala son qoyulmalıdır. ATƏT-in Minsk qrupu əməli fəaliyyət göstərməlidir. Azərbaycan xalqı onlardan konkret nəticə gözləyir»-deyə, deputat qeyd edib.