YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir

«Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Biz bir sıra ölkələrin aidiyyəti dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşıq». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fondu ilə birgə keçirilən Ümumrespublika Uşaq Forumlarını, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir. Komitə bu təşkilatlarla ölkədə “Küçə uşaqlarının, nikahdan kənar doğumun qeydiyyatının, erkən nikah halları üzrə vəziyyəti araşdırmış, “Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda sosialoji tədqiqat keçirilmişdir. Bununla əlaqədar olaraq təklif və tövsiyələr hazırlanmışdır. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsi ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının qorunması və onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı və maarifləndirici kampaniyaları keçirilir.

«Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyü sün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.