Xəbərlər
Mikayıl Cabbarov: Azərbaycanın vergi qanunvericiliyində islahatlar aparılacaq
Azərbaycanın vergi qanunvericiliyində islahatlar aparılacaq.
Bu barədə vergilər naziri Mikayıl Cabbarov Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.
O bildirib ki, bu islahatları biznes subyektlərinin inkişafına yönəltməyə çalışacağıq. Sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi yönündə işlər görüləcək.
Nazir qeyd edib ki, ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında vergi yoxlamaları 40 faiz azalıb.