Xəbərlər
Rasim Musabəyov: Paşinyanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz

«Paşinyanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, dövlət başçısı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, nizamlama prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq.
«Bu, o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək»- deyə, deputat qeyd edib.