Xəbərlər
Azərbaycan Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” Beynəlxalq sərgisində iştirak edir
Mayın 16-da Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2018” Beynəlxalq sərgisi açılıb.
Sərgidə dünyanın 25-ə yaxın ölkəsindən gələn neft və qaz şirkətləri, alimlər, ekspertlər iştirak edir.
Azərbaycanı bu sərgidə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti, BP-Azərbaycan şirkətinin vitse-prezidenti Greg Polleunun rəhbərliyi ilə nümayəndələr, həmçinin “Azərrneftmaş” zavodunun nümayəndələri təmsil edir.
Azərbaycan şirkətləri öz stendlərində müxtəlif reklam-çap materialları nümayiş etdirir, maraqlananlara bu haqda məlumat verir, onlara açıqcalar paylanır.
Mayın 18-nə kimi davam edəcək sərgi çərçivəsində Azərbaycan nümayəndələrinin bir sıra digər şirkətlərin təmsilçiləri ilə danışıqlar aparması da nəzərdə tutulub.
Sərginin açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.