Xəbərlər
Azərbaycanın xarici işlər naziri Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb. Mayın 15-də Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edilib ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.