Xəbərlər
Musa Quliyev: YAP-ın bu təşəbbüsü cəmiyyətdə alqışlanan bir təşəbbüsdür
«Bu, çox humansit bir təşəbbüsdür. Bu nümunə təbliğ olunmalı və yayılmalıdır». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzü, Milli Məclisin deputatı Musa Quliyev YAP-ın təşkilatçılığı ilə 8 saylı Sanatoriya tipli İnternat Məktəbinin sakinlərinə keçirilən toy mərasiminə münasibət bildirərkən deyib.
M.Quliyev bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə humansit siyasəti öndə tutub. Onun sözlərinə görə, cəmiyyətimizdə insanların bir-birinə kömək etməsi milli adət-ənənələrimizdən, dinimizdən gəlir.
«Bu, həm də dövlət siyasətidir. Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göz önündədir. Ölkə Prezidentinin və Heydər Əliyev Fondunun qayğısı nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatın bütün çətinlikləri ilə baş-başa qalmırlar. Dövlətimiz lazımi dətsək və qayğını göstərir. Bu uşaqların təhsili, mənzil və işlə təminatı həmişə diqqət mərkəzindədir. Bu toy mərasimini də Ümummilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya öz üzərinə götürübsə, böyük xeyirxahlıq missiyasıdır. Bu gənclər partiyamızın övladlarıdır, sağlam gəncliyimizin nümayəndələridirlər. Hseab edirəm ki, YAP-ın bu təşəbbüsü cəmiyyətdə alqışlanan bir təşəbbüsdür. Digər ictimai-siyasi təşkilatlar da bu təşəbbüsü dəstəkləyib davam etdirməlidir. Biz insanları belə birləşdirə, sevindirə, xoşbəxlik bəxş edə bilərik. Bu toy mərasimi gənclərin əbədi olaraq yaddaşında qalacaq. Onlar öz hisslərini övladlarına, nəvələrinə danışacaqlar. Mən gənclərimizə xoşbəxtlik arzu edirəm»- deyə, M.Quliyev qeyd edib.