Xəbərlər
YAP Zərdab rayon təşkilatında “700 min ağac əkək” kampaniyası uğurla başa çatıb
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.
Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan ağacəkmə kampaniyası Zərdab rayonu ərazisində yerləşən meşə zolağında genişləndirilməsi nəzərdə tutulan ərazidə keçirilib.
Kampanyada YAP Zərdab rayon təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
“700 min ağac əkək” kampaniyası Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “700 min ağac əkək” kampaniyası çərçivəsində ərazidə artıq 14000 minə yaxın ağac əkilib.