Xəbərlər
Rasim Musabəyov: Ermənistana ciddi beynəlxalq təzyiqlər edilməlidir
«Ermənistana ciddi beynəlxalq təzyiqlər edilməlidir. Əks halda, işğalçı ölkə münaqişənin həllini uzatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Sarkisyan rejimi açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, beynəlxalq birliyin Ermənistanın bu mövqeyini sükutla qarşılaması təəssüf doğurur.
«İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək. Ümumiyyətlə, bu münaqişənin həllinə beynəlxalq münasibətlər sistemindəki vəziyyət, güc mərkəzləri arasındakı münasibətlər böyük təsir göstərir. Bu güc mərkəzləri arasında gedən geostrateji mübarizənin bir hissəsi isə Qafqaza düşür və burada uğur qazanılması üçün Azərbaycanın mövqeyi labüddür»- deyə, politoloq qeyd edib.