YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA: Seçkilərdə yüksək fəallıq müşahidə edilirdi

Seçki məntəqələrindəki vəziyyət ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun idi. Məntəqələrdə yüksək seçici fəallığı müşahidə edilirdi.

Bu fikirlər Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və Türk Şurasının Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı apardıqları birgə müşahidələrin nəticələrinə həsr olunmuş mətbuat konfransında səsləndirilib.

Türk Şurası müşahidə missiyasının rəhbəri Ömər Kocaman deyib ki, onlar Bakı şəhərində, Quba və Şəki rayonlarında 55 seçki məntəqəsində olublar. Müşahidələr zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Səsvermə prosesini izləmək üçün nümayəndə heyətinə yaradılan şəraitə görə təşəkkürünü bildirən Ömər Kocaman qeyd edib ki, seçkilər tam sakit, şəffaf və demokratik şəraitdə keçib.