YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı müşahidəçilər: Azərbaycanda prezident seçkiləri demokratik keçdi

Fransalı müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinə dair bəyanat yayıblar.

Müşahidəçi Mişel Teğo seçki prosesinin qanunauyğun şəkildə keçirildiyini söyləyib. O bildirib ki, səsvermə proseduru Avropa standartlarına cavab verir.

“Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə rastlaşmadıqlarını, səsvermə prosesinin seçicilərə heç bir kənar təzyiq olmadan normal keçdiyini müşahidə etdiklərini dedilər. Seçkilər tam şəffaf keçdi. İlkin nəticələr “exit-poll”un nəticələri ilə üst-üstə düşdü. Bu seçkilər Azərbaycanda demokratik prinsiplərə uyğun atılan növbəti addım idi. Biz Azərbaycanın bu cür səyləri davam etdirməsini alqışlayırıq”, - deyə müşahidəçi qeyd edib.