Xəbərlər
ATƏT təmsilçisi: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışıq

Seçki məntəqələrində müşahidələr aparırıq. İndiyədək bir neçə məntəqədə olmuşuq və hər hansı qayda pozuntusu ilə rastlaşmamışıq.
Bu sözləri səsvermənin gedişini izləyən ATƏT təmsilçisi xanım Varlik Cordon deyib.
O bildirib ki, müxtəlif vaxtlarda Rusiyada, Belarusda və Türkiyədə prezident seçkilərini izləyib. Azərbaycanda birinci dəfədir seçkiləri müşahidə etdiyini deyən ATƏT təmsilçisi bildirib ki, 6 məntəqəyə baş çəkib və seçkilərin öz axarı ilə davam etdiyinin şahidi olub.