YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlı gənclər ölkəmizin davamlı inkişafı naminə İlham Əliyevə səs verəcək

YAP-ın Ağdaş rayon təşkilatı tərəfindən Ölkəmizdə keçiriləcək Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhərində rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə millət vəkilləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak edirdilər.

Millət vəkili Cavid Osmanov görüşdə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğıdan və ümumilikdə həyata keçirilən gənclər siyasəti haqqında müfəssəl məlumat verdi. Ölkədə təhsli, mədəniyyət və  idman sahəsinə göstərilən diqqət və qayğının dolayısı ilə elə gənclərə göstərilən diqqət və qayğı olduğunu  vurğulayan Cavid Osmanov bu gün ölkədə hər bir sahədə gənclərin fəal şəkildə fəaliyyət göstərdiklərini diqqətə çatdırdı.

Çıxış edən millət vəkili Sabir Hacıyev  ölkədə gənclər üçün yaradılan əlverişli şəraitdən, gənc sahibkarlar üçün verilən imtiyazlardan danışdı. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirildiyini, mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaratdığını, dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini diqqətə çatdırdı.

Millət vəkili Elman Nəsirov Azərbaycan gənclərinin yüksək səviyyədə ali təhsil almaları üçün dövlətin həyata keçirdiyi işlərə diqqət çəkdi. Prezidentimiz İlham Əliyevin Azərbaycan gəncliyinin hamisi olduğunu, ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qaldığnı, Gənclər siyasətinin ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirdi.

Gənc seçicilrlə keçirilən görüşdə gənclər adınadan çıxış edənlər – Yunus Nəcəfov, Rəhman Cəfərli, Sevil Əhmədli, Ayna Zehirova və Zülfiyyə Soltanova ölkə başçısı cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğını yaxından hiss etdiklərini, ölkə gəncləri üçün həyata keçirilən layihələri yüksək qiymətləndirdiklərini qeyd etdilər. Ağdaşlı gənclər bildirdilər ki, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi, gələcəkdə ölkəmizin davamlı inkişafı naminə məhz İlham Əliyevə səs verəcəklər. Bunun üçün də 11 aprel tarixini  səbrsizliklə gözlədiklərini və həmin gün böyük çoşqu ilə seçki məntəqələrinə gedərək öz seçimlərini təsdiqləyəcəklərini  bəyan etdilər.

Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev çıxışında Azərbaycan Respublikasının iqtisadi və sosial tərəqqi yolunda inamla irəliləməsinin, milli demokratiyanın daha da möhkəmlənməsinin, ölkəmizin dünyada nüfuzunun artmasının bir dövlət başçısı, tanınmış milli lider kimi İlham Əliyev tərəfindən müəyyən edilmiş və həyata keçirilən uzunmüddətli siyasi xəttin gerçəkləşməsinin aşkar nəticələri nəticəsində mümkün olduğunu vurğuladı. Ağdaşlı gəncləri həmişə olduğu kimi bu seçkidə də fəal olmağa çağırdı.

DİGƏR Xəbərlər Arxiv